Siyəzəndə çaydan tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB

Siyəzən rayonunda çaydan tapılan meyitin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, kanaldan meyiti tapılan şəxsin Quba rayon sakini - 2000-ci il təvəllüdlü Ramazanov Rafail Novruz oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

11:29

Siyəzən rayonunda təxminən 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, meyit rayon ərazisindən keçən Şabrançay su kanalından aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48