Şabranda avtomobillər toqquşub, xəsarət alanlar var

Şabran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin 4 yol adlanan ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - Məmmədova Nuray Nicat qızı, Məmmədova Yağmur Nicat qızı və Novruzova Gülayə Novruz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19