Şabranda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

21:03

Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 2008-ci il təvəllüdlü Osmanova Leyla Fariz qızını vurub.

Piyada Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47