Şabranda ana və qızı bıçaqlanıb

Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayon sakinləri - 1967-ci il təvəllüdlü Kərimova Səadət Nurməmməd qızı və onun qızı, 1992-ci il təvəllüdlü Kərimova Sədaqət Hüseynalı qızı bıçaqlanıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin başvermə səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər