Şabranda 29 yaşlı kişi intihar edib

Şabran rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü Atamoğlanov Elçin Bəhruz oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45