​Şabranda ikimərtəbəli evdə yanğın baş verib

Bakı. 8 yanvar. REPORT.AZ/ Şabran şəhərində vətəndaşa məxsus ikimərtəbəli 4 otaqlı evin ikinci mərtəbəsinin bir otağında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində otağın döşəməsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər