Sabirabadda yol qəzası olub, yaralanan var

Sabirabad. 27 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəs baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şamaxı rayon sakini, 1962-ci il təvəllüdlü Ağacan Mərcan oğlu Mirzəyev idarə etdiyi “VAZ-2106”markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50