Sabirabadda yol qəzası oldu, ölən var

Sabirabad rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 13-ü saat 16 radələrində Sabirabad rayonunun Qaratuğay kəndi ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən  kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb. S.Rüstəmov hadisə yerində ölüb. 

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18