Sabirabadda yol qəzası baş verib, yaralılar var

Sabirabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobillə "Hyundai" markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57