​Sabirabadda üçotaqlı ev yanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Günorta saatlarında Sabirabadın Qalağayın kəndində yanğın hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus birmərtəbəli üçotaq və 2 aynabənddən ibarət evin 1 otağının tavanı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17