Sabirabadda orta yaşlı kişi bıçaqlanıb

Sabirabad rayonunda orta yaşlı kişi bıçaqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun 1980-ci il təvəllüdlü Qalağayın kənd sakini Muradov Həsən Əsgərxan oğlu mübahisə zəminində 1994-cü il təvəllüdlü həmkəndlisi Əliyev Cavid Gülbala oğlu tərəfindən bıçaqlanıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Neftçalada qonşular arasında bıçaqlanma olub.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37