Bakı. 5 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, rayonun Muğan Gəncəli kəndində ümumi sahəsi 96 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.