Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq hovuzda boğularaq ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Kənd sakini, 2024-cü il təvəllüdlü E. Q. valideyn nəzarətindən yayınaraq həyətdəki hovuza düşüb. Nəticədə o boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47