Sabirabadda gənc atdan yıxılaraq xəsarət alıb

Sabirabad sakini xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kürkəndi kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Abasov Fəzail Bida oğlu atla gedərkən yıxılıb. Nəticədə onun sağ diz qapağı sınıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər