Sabirabadda fərdi yaşayış evində yanğın baş verib

Bakı. 3 yanvar. REPORT.AZ/ Sabirabadda yanğın hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə gecə saat 04:40 radələrində rayonun Yolçubəyli kəndində qeydə alınıb. Kənd sakini, 50 yaşlı Mübariz Əliqulu oğlu Gözəlova məxsus 2 otaq, 1 aynabənd və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin mətbəxi yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər mətbəxdə başlayan alovun otaqlara keçməsinin qarşısını alıblar. Buna baxmayaraq 15 kvadratmetrlik mətbəx yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49