Sabirabadda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Sabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1994-cü il təvəllüdlü Babayeva Asya Əli qızı, 2014-cü il təvəllüdlü Babayev Rüstəm Asim oğlu və onun qardaşı, 2015-ci il təvəllüdlü Babayev Sinan Asim oğlu evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47