Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı Saatlı rayon sakini, 1991-ci il təvəllüfdlü Mehdiyeva Fəridə Ənvər qızı ölüb, 1965-ci il təvəllüdül Hüseynova Safurə Əli qızı və daha bir azyaşlı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.