Sabirabadda bacısını öldürən şəxs polisə könüllü təslim olub

Sabirabad. 12 iyul. REPORT.AZ/ Sabirabad rayonunda bacısını öldürən şəxs polisə könüllü təslim olub.

"Report"un Aran bürosu  xəbər verir ki, iyulun 11-də Sabirabad rayonunun Balakənd kəndində yaşayan Məhəmməd Hüseynov evində münaqişə zəminində bacısı Şəmsiyyəyə bıçaqla xəsarət yetirib. Şəmsiyyə hadisə yerində ölüb.

M.Hüseynov könüllü olaraq Sabirabad Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Digər xəbərlər