Sabirabadda avtoqəza olub, ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Ölən şəxs Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü İbrahimov Rahim Məzahir oğludur.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1971-ci il təvəllüdlü Qasımov Oktay Qurban oğlu, 2001-ci il təvəllüdlü Qədirli Kamal Mövsüm oğlu və daha bir nəfər xəsarət alıb.

Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36