Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Dəllək kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu yolu keçən zaman avtomobil vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.