Sabirabadda avtomobil iki piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil iki piyadanı vurub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə hadisə saat 12 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik maşını yolu keçən iki piyadanı vurub. Hər iki piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər