Sabirabadda yol qəzası baş verib, ata və oğlu xəsarət alıb - YENİLƏNİB

Sabirabad. 29 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ata və oğlun adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Türkədi kənd sakini, 1988-ci il təvəllüdlü Vilayət Vaqif oğlu Ağayevin idarə etdiyi “KİA SERATO” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan oğlu, 2013-cü il təvəllüdlü Tural Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.


*** 11:49

Sabirabad. 29 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatna görə, hadisə rayonun Türkədi kəndində qeydə alınıb. 

Belə ki, "KİA-SERATO” markalı avtomobil hərkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Yaralıların vəziyyətnin ağır olduğu bildirilir.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18