Sabirabadda 8 otaqlı evdə yanğın baş verib

Sabirabad rayonunun Moranlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. 

"Report" FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48