Sabirabadda 54 yaşlı kişinin meyiti tapılıb

Sabirabadda kişi meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Mirzəyev Vadər Mahmud oğlunun meyiti yaşadığı evdə aşkar edilib.

Mərhumun baş nahiyəsində xəsarətlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47