Sabirabadda 40 yaşlı kişi su kanalında boğularaq ölüb

Sabirabad sakini su kanalında boğularaq ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Fərzəliyev Elçin Fərzalı oğlu su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər