Sabirabad rayonunda 36 yaşlı kişini avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Qəhrəmanov Aqşin Ağa oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.