Sabirabad şəhərində 32 yaşlı şəxsi avtomobil vurub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Cavad kənd sakini, 1991-ci il təvəllüdlü Şirinov Hüsən Həsən oğlu yolu keçən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra o, Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.