Sabirabad rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçiriblər.
Əməliyyat tədbiri nəticəsində Qəzli kənd sakini F.Nuriyevdən müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.