Sabirabad sakininin evindən pul və qızıl əşyaları oğurlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Sabirabad rayon sakininin evindən pul və qızıl əşyalar oğurlanıb. 

"Report" xəbər verir ki, rayon sakini İbrahim Şirinovun evindən 220 mant pul və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Elşən Salmanov tutulub. 

faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47