Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri olan iki bacı saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 17-də Sabirabad rayon sakini M.Aslanlının cibindən 1 100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan iki bacı saxlanılıb.
Araşdırma aparılır.