Sabirabad sakini elektrik mişarı ilə ayağını kəsib

Sabirabadda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1956-cı il təvəllüdlü Vəliyev Rafiq Balabəy oğlu həyətdə elektrik mişarı ilə odun doğrayarkən ehtiyatsızlıqdan sol ayağını kəsib.

R.Vəliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50