Sabiq icra başçısının oğlu polis rəisi təyin edilib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05