Saatlıda zəlzələ olub

Bakı. 29 iyun. REPORT.AZ/ Saatlı rayonunda zəlzələ olub. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, yerli vaxtla saat 14:57:56-də Saatlı rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar rayon mərkəzindən 27 km şimal-şərqdə qeydə alınıb. 

Maqnitudası 3.4, dərinliyi 39 km olan zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29