Saatlıda sürücü yol qəzasında xəsarət aldı

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Dədə Qorqud kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Zeynalov Ramin Böyükağa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50