Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, sanitar-epidemioloji normalarını pozaraq gecə saatlarında fəaliyyətini davam etdirən obyektin icarədarı E.Muradov karantin qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Digər xəbərlər