Saatlıda avtomobil 45 yaşlı kişini vuraraq öldürüb

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, 1980-cı il təvəllüdlü Mənsimov Fizuli Hilal oğlu idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil ilə hərəkətdə olarkən yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsgəndərov Hikmət Qəhrəman oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29