Saatlıda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Saatlı. 22 dekabr. REPORT.AZ/ Saatlı rayonunun Dədə Qorqud kəndində azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran burosu xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qədirov Elnur Rafael oğlu sözügedən kənddə yolu keçən zaman qeydə alınıb.

Minik maşını tərəfindən vurulan uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47