Saatlıda 57 yaşlı kişi su kanalında boğulub

Saatlı. 16 aprel. REPORT.AZ/ Saatlı rayonunda suda boğulma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü İlham Abdulla oğlu Abdullayev Babək küçəsinin yaxınlığından keçən su kanalına düşərək boğulub. 

Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47