Saatlıda 50 yaşlı kişini avtomobil vuraraq xəsarət yetirib

Saatlı rayonunda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Allahyarov Vüqar Balaşirin oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına catdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47