Saatlıda 39 yaşlı qadın intihar edib

Saatlı. 9 sentyabr. REPORT.AZ/ Saatlı rayonunun Qazanbatan kəndində intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1977-ci il təvəllüdlü Südabə Allahyar qızı Süleymanova həyətdə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hələlik hadisənin səbəbi məlum deyil.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54