Saatlıda 37 yaşlı qadın yol qəzasında xəsarət alıb

Saatlı rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Nuruşova Rəhilə Sahib qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 26 aprel, 2026 / 11:49
Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01