Saatlıda 14 yaşlı oğlan ayağından güllələnib

Bakı. 28 dekabr. REPORT.AZ/ Saatlı rayonunda 14 yaşlı yeniyetmə ayağından güllələnib.

"Report"un məlumatına görə, Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27