Saatlı sakininin bank hesabından pul çıxarılıb

Saatlı rayon sakininin avtomobilindən bank kartları oğurlanıb.

Bu barədə "Report"un Mil-Muğan bürosuna DİN  Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov noyabrın 5-nə keçən gecə kənd ərazisində “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45