Saatlı sakinini tanışı bıçaqladı

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Mustafabəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Şəmmədov Aqil Ələddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05