Saatlı sakinində "patı" aşkarlanıb

Saatlı sakinində "patı" aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 34 yaşlı Rəşad Rzayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44