Saatlı sakini çayxanada həmkəndlisini bıçaqlayıb

Saatlı rayon sakini çayxanada həmkəndlisini bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Əlisoltanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məhərrəmov Baloğlan Vaqif oğlu çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37