Saatlı rayonunda kanaldan qadın meyiti tapılıb - ƏLAVƏ OLUNUB

Saatlı. 9 sentyabr. REPORT.AZ/ Saatlı rayonu ərazisindən keçən Sabir su kanalından qadın meyiti tapılıb.

"Report"un Mil-Muğar bürosunun məlumatına görə, meyit tanınmaz halda olduğundan onun şəxsiyyəti məlum deyil.

Qadının cəsədi sudan çıxarılaraq rayon morquna təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41