Rusiyalı turist Qobustan qoruğunda yıxılaraq xəsarət alıb

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycana gəzməyə gələn Rusiya vətəndaşı qoruq ərazisində yıxılaraq xəsarət alıb. 

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda qeydə alınıb. 

Belə ki, Rusiya vətəndaşı, 1953-cü il təvəllüdlü Elana Andreyevna Maqina qoruq ərazisində gəzinti zamanı yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47