Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Bakı. 5 dekabr. REPORT.AZ/  Rusiya Federasiyasında (RF) axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF-ı Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan Vilayət Quliyev tutulub.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41