Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47